Millimizlə oyundan öncə Ukraynanın heyətində itki
12.10.2025 - 16:03
DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinin rəqibi olan Ukrayna seçməsi ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, "göy-sarılar"ın yarımmüdafiəçisi Georgi Sudakov sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
"Benfika"nın futbolçusu iki gün öncə İslaniya ilə keçirilən oyunda zədələnib. 23 yaşlı oyunçu yığmanın düşərgəsini tərk edib.
Qeyd edək ki, Ukrayna - Azərbaycan qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində baş tutacaq.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB
0
0