17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Nərgiz Qurbanova Bakıda təşkil edilən Avropa çempionatının II seçmə mərhələsində Bolqarıstan yığması (3:2) ilə keçirilən oyunla bağlı danışıb.
Apasport.az xəbər verir ki, o bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib:
“Bolqarıstanla çətin oyunda qalib gəldik. Rəqibi öncədən təhlil etmişdik və bizi gərgin mübarizənin gözlədiyini bilirdik. Bolqarıstan yığması ilk matçla müqayisədə bizə qarşı əsas heyət oyunçularını meydana buraxmamışdı. Bu da onların görüşə rahat çıxdıqlarını göstərirdi. Fürsəti lazımınca dəyərləndirərək birinci hissədə əks-hücumdan qol vurduq. İkinci hissədə bolqarların əsas heyət üzvləri mübarizəyə qoşuldular. Buna baxmayaraq, ikinci qolu vurmağmız komandamızı ruhlandırdı və qələbəyə inamı artırdı. Son dəqiqələrdə hesabda bərabərlik yaransa da, sona qədər eyni ruh yüksəkliyi ilə çıxış etdik. Nəticədə qələbə qolunu vurmağı bacardıq”.
Qeyd edək ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz ilk iki turdan sonra 3 xalla ikinci pillədə qərarlaşır. Komandamız son tur çərçivəsində martın 18-də Malta seçməsi ilə qarşılaşacaq.
- UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində keçirilən futzal yarışı başa çatıb
- “İlk Azərbaycan Kubokunun qalibi olaraq adımızı tarixə yazdırdıq”
- XXXI turun təyinatları bəlli oldu
- Azərbaycan futbolunda həlledici qərar: Premyer Liqa pley-offunda limit olmayacaq
- "CBC Sport" yarımfinal matçını niyə yayımlamayıb? - RƏSMİ BƏYANAT