Millinin baş məşqçisini onlar seçəcək
15.12.2023 - 13:21
Millinin baş məşqçisini onlar seçəcək

İşçi Qrupunun tərkibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

AFFA İcraiyyə Komitəsinin sonuncu fövqəladə iclasında Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd məşqçilərin müəyyən edilməsi üçün xüsusi İşçi Qrupunun yaradılması barədə qərar qəbul edilib. İşçi Qrupunun tərkibi AFFA prezidenti Rövnəq Abdullayevin müvafiq əmri ilə müəyyənləşib. 

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov İşçi Qrupunun sədri, Vaqif Sadıqov (vitse-prezident), Zaur Axundov (İcraiyyə Komitəsinin üzvü), Sərxan Hacıyev (Baş katib), Elxan Səmədov (PFL-in prezidenti) və Fikrət Hüseynov (AGİN Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri) üzv təyin edilib.

Bu gün İşçi Qrupun tam tərkibdə ilk onlayn iclası keçirilib. İclasda ümumi fikir mübadiləsi aparılıb.

0