Millinin sabiq hücumçusu AVTOMOBİL İDMANINDA
19.04.2023 - 17:04
Millinin sabiq hücumçusu AVTOMOBİL İDMANINDA

Qazaxıstan millisinin sabiq futbolçusu Sergey Ostapenko özünü digər idman növündə sınayacaq.

Apasport.az saytının məlumatına görə, bunu 37 yaşlı futbol veteranının özü açıqlayıb.

O, avtomobil idmanında çıxış edəcək. Sergey trofi-reydlərdə Yuri Kupriyanovla eyni ekipajda yer alacaq.

Vətənində “Alma-Ata”, “Tobol”, “Astana”, “Lokomotiv”, “Jetısu”, “Aktobe”, “Kaysar”, Belçikada “Antverpen” klublarında oynamış Ostapenko vaxtilə “Bakı”ya keçidə yaxın olsa da, forvardın transferi baş tutmayıb. O, karyerasını 29 yaşında bitirib.

Qeyd edək ki, yığmada 42 matçda 6 qol vuran Ostapenko 2007-ci ildə Azərbaycanla görüşdə debüt edib. O, son qolunu 4 il sonra millimizlə qarşılaşmada vurub.

0