
Avropa çempionatının əsas mərhələsində yanvarın 31-də səfərdə Xorvatiya ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi bakıdakı hazırlıq mərhələsini başa vurub.
Apasport.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Vitali Borisov səfərə aparacağı yekun heyəti müəyyənləşdirib.
Heyət belədir:
Emin Kürdov, Xəzər Ağalızadə, Ülvi Əliyev (hamısı "Araz-Naxçıvan"), Rövşən Hüseynli ("Astana", Qazaxıstan), Fərid Abbasov, Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə (hamısı "Baku Fire"), Emil Həsənzadə, Fərid Atakişiyev, Mirzə Əmirov ("Neftçi"), İlham Aalıyev ("Şuşa").
Qeyd edək ki, millimiz bu gün Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.
- "Qarabağ"ın potensial rəqiblərinin matçında minimalhesablı qələbə
- "Dinamo"dan "Neftçi"yə - Rəsmi
- Qurban Qurbanov: "Şelburn" bəzi göstəricilərə görə bizdən üstündür"
- "Zirə" UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik edib
- Cüdoçularımız XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar