Minaya düşən döyüşçülər yaşıl meydanlarda - VİDEO
23.04.2024 - 16:18
Minaya düşən döyüşçülər yaşıl meydanlarda - VİDEO

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Avropa çempionatına hazırlaşır.

Yığmanın 3 üzvü I və II Qarabağ müharibəsi iştirakçılarıdır. Onlar savaş zamanı ermənilərin mina terrorunun qurbanı olublar. Lakin həyat stimulları sınmayıb. Savaşda, döyüş meydanınada Azərbaycan bayrağını ucaldan döyüşçülər indi də yaşıl meydançada bu müqəddəs amal üçün çalışırlar. Hər bir oyun həm də onların əzmkarlıq və özlərinə inamlarını artırmaq üçün bir fürsətdir. Amputant futbolçuların komandadakı həmrəyliyi onların ruhən nə qədər güclü olduğunu göstərir.

Azərbaycan komandası Şotlandiyada keçirilən Millətlər Liqasında iştirak edib. Niderland, Şotlandiya, Albaniya və Kosovo komandaları ilə mübarizə aparan futbolçular qrupu 2-ci pillədə tamamlayaraq 2024-cü ildə Fransada təşkil olunacaq Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıblar. Qeyd edək ki, yığmamız Avropa çempionatının final mərhələsində ilk dəfə iştirak edəcək. 16 komandanın mübarizə aparacağı final mərhələsində Dünya çempionu Türkiyə ilə yanaşı İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya və Polşa kimi güclü millilər var.

Apasport.az APA TV-nin materialını təqdim edir: 

0