“Mingəçevir”i daşıyan avtobus İsmayıllıda qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
07.03.2023 - 14:37
“Mingəçevir”i daşıyan avtobus İsmayıllıda qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

“Mingəçevir” futbol klubunu daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

APA-nın yerli bürosu xəbər verir ki, xəsarət alanlar yük maşınının sürücüsü və avtobusun sərnişinidir. 1949-cu il təvəllüdlü Məmmədov Əflatun Abdulla oğlu və 1968-ci il təvəllüdlü Qarayev Zaur Ələş oğlu (klub rəsmisi) xəstəxanaya yerləşdirilib.

***

13.59

“Mingəçevir” futbol klubunu daşıyan avtobus yük maşını ilə toqquşub.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə günorta saatlarında, İsmayıllı-Şamaxı avtomobil yolunun Muğanlı ərazisindəki dolayda qeydə alınıb.

İlkin məlumata görə, avtobusla yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

***

13:42

Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb. 

PFL-dən apasport.az saytına verilən məlumata görə, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur. 

Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

0