Azərbaycan Minifutbol Federasiyası 2025/2026 mövsümünün püşkatma mərasimini keçirib.
Apasport.az xəbər verir ki, tədbirdə federasiyanın icraçı vitse-prezidenti Taleh Nəsibov, milli komandanın üzvləri və klubların nümayəndələri iştirak ediblər.
Tədbirdə bu il Bakıda keçirilmiş və Azərbaycan millisinin qalib olduğu dünya çempionatı xatırlanıb. Taleh Nəsibov çıxışında ölkədə minifutbolun inkişaf etdiyini vurğulayıb və yeni mövsümdə klublara uğurlar arzulayıb.
Yeni mövsümdə ölkə çempionatında 16 komanda mübarizə aparacaq. Çempionatın I turunda qarşılaşacaq komandalar aşağıdakılardır:
“Sumqayıt” – “Buxar”
“Bakı 145” – “DİN İdman Cəmiyyəti”
“Lənkəran” – “Atəşgah Suraxanı”
“Start Bakı” – “Aznur”
“Siyəzən” – “Gənclərbirliyi”
“Borçalı” – “Lerik”
“Cənub” – “Galaxy”
“Birbaşa Bakı” – “Zirə”
Qeyd edək ki, Azərbaycan çempionatına oktyabrın 27-də start veriləcək.
- Premyer Liqada klub sayı artırıla bilər - STADİON MƏSƏLƏSİ HƏLL OLSA...
- "AFFA-nın rəhbəri yalnız Rövşən Nəcəf deyil"
- AFFA-nın tərkibində olan federasiyalara ayrılan vəsaitlər açıqlanıb
- “Eyeball” tərəfindən klublar üçün seminar keçirilib
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”