
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün qrup mərhələsinə son matçları keçirilib.
Milli Gimnastika Arenasında III turun son 8 qarşılaşma baş tutub. Bu görüşlərdən sonra 1/8 final cütləri dəqiqləşib.
Kosta Rika - Tailand görüşü ikincilərin 4:1 qələbəsi ilə yekunlaşıb. Argentina - BƏƏ matçında da eyni hesab qeydə alınıb. Ərəblər Amerika təmsilçisinə 4:1 hesabı ilə qalib gəliblər. Polşa - Bosniya və Herseqovina görüşündə qalib müəyyənləşməyib. Matç 1:1 hesabı ilə başa çatıb. Xallarının sayını 5-ə çatdıran hər iki komanda növbəti raunda yüksəlib.
Dünya çempionatı
Qrup mərhələsi
III tur
26 may
E qrupu
12:45. Kosta Rika - Tayland 1:4
22:00. İndoneziya - Monteneqro 0:4
F qrupu
16:30. Polşa - Bosniya və Herseqovina 1:1
20:45. Qazaxıstan - ABŞ
G qrupu
15:15. Argentina - BƏƏ 1:4
18:15. Çexiya - Gürcüstan 2:2
H qrupu
14:00. İsrail - İspaniya 4:1
19:30. Serbiya - Qana 2:1