Minifutbol üzrə dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
01.06.2025 - 22:17
Minifutbol üzrə dünya çempionatının mükafatlandırma mərasimi keçirilib

Bakda təşkil olunan minifutbol üzrə dünya çempionatının mükafatlandırma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda, vitse-prezidenti Peter Kralik, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər iştirak ediblər.

Açılışda ön sözlə çıxış edən Fərid Qayıbov mundialın ölkəmizdə yüksək səviyyədə təşkil olunmasından danışıb və qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Dsha sonra mundialın qalibi olan Azərbaycan yığması qızıl medal və kubokla təltif edilib. İkinci yerin sahibi olan Macarıstan futbolçuları gümüş, üçüncü olan Serbiya komandası isə bürünc medallarla mükafatlandırılıb.