Mirabdulla Abbasov I liqaya gedir
05.09.2023 - 16:26
Azərbaycan milli komandasının sabiq forvardı Mirabdulla Abbasov karyerasını I liqada davam etməyə yaxındır.
Apasport.az saytına verilən məlumata görə, "Neftçi"nin keçmiş hücumçusuna "İrəvan"dan təklif gəlib.
Abbasov artıq bir müddətdir ki, bu klubun düşərgəsində məşq edir. Tərəflər maliyyə məsələlərində də razılıq əldə edərsə, rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan futbolçu "Dauqavpils", "Sumqayıt" və "Səbail" komandalarında da oynayıb.
- Rusiya klubundan rəsmi təklif: Rədd edib, "Qarabağ"da qaldı
- Kurban Berdıyev: “Kuboku qazanmağa çalışacağıq”
- Azərbaycan Kuboku: "Kəpəz" və "Turan Tovuz"dan darmadağın - YENİLƏNİB
- Asim Xudiyev Konfrans Liqası oyununa təyinat alıb
- Qırğızıstan klubunun nümayəndələri “Neftçi”nin rəsmiləri ilə görüşüblər - FOTO
0
0