Misli Premyer Liqasında V turun oyun cədvəli açıqlandı
22.08.2023 - 16:33
Misli Premyer Liqasında V turun oyun cədvəli açıqlandı

Misli Premyer Liqasının V turunun oyun cədvəli müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, matçların vaxtını və yerini PFL-in mətbuat xidməti açıqlayıb.

Turun qarşılaşmaları üç günü əhatə edəcək. Bütün görüşlər “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Misli Premyer Liqası
V tur

1 sentyabr (cümə)
“Sabah” – “Turan Tovuz”
“Bank Respublika Arena”, 19:00

2 sentyabr (şənbə)
“Qəbələ” – “Zirə”

Qəbələ şəhər stadionu, 18:00
“Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”, 20:30

3 sentyabr (bazar)
“Kəpəz” – “Araz-Naxçıvan”

Gəncə şəhər stadionu, 17:00
“Səbail” – “Qarabağ”
“ASCO Arena”, 19:30

0