Misli Premyer Liqasının 2025/2026 mövsümünün formatı açıqlanıb
19.02.2025 - 17:28
Misli Premyer Liqasının 2025/2026 mövsümünün formatı açıqlanıb

Misli Premyer Liqasının 2025/2026 mövsümünün formatı açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar çıxarılıb.

Qərara əsasən, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olacaq.

III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək.

Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.