“Misli”də virtual idman oyunlarında yeni real liqalar
30.01.2024 - 10:06
“Misli”də virtual idman oyunlarında yeni real liqalar

Azərbaycanın qanuni idman mərc oyunları operatoru - “Misli” bir-birindən maraqlı oyunlarla mərc həvəskarlarının sevindirməyə davam edir.

Apasport.az xəbər verir ki, bu dəfə virtual idman oyunları arasına 3 yeni sevilən liqa - İngiltərə Liqası, Türkiyə Liqası və İtalya liqası əlavə edilib.

Əsas üstünlük liqaların öncəkilərdən qrafika və keyfiyyətinə görə seçilməsi, real görüntülər əsasında təqdim olunmasıdır. Ölkədə Türkiyə Liqasına marağın çoxluğunu nəzərə alaraq bu liqa Azərbaycan virtual idman bazarında bir ilk hesab edilir.

Mərc həvəskarları “Misli” məntəqələri və misli.az saytında təqdim edilən geniş seçim və fərqli imkanlardan yararlanaraq virtual oyunlarla həm əylənmək, həm də real uduşlar qazanmaq şansına malikdirlər.

Azərbaycanda virtual idman oyunlarına mərc etmək yalnız “Misli”də mümkündür. Oyunları “Misli.az” veb-saytı və mobil tətbiqi, eləcə də “Misli” məntəqələrində oynaya bilərsiniz.

“Virtual idman” oyunlarında bir bilet üzrə minimum ödəniş bir manat, maksimum ödəniş isə 500 manat müəyyənləşdirilib. Virtual oyunlarda iştirakçıya bir bilet üzrə ödəniləcək maksimum uduş məbləği 50 000 manatdır. Virtual idman oyunlarına hər 5 dəqiqədən bir mərc edərək həyəcanı “Misli” ilə yaşaya bilərsiniz.

Ölkədə virtual oyunların tək ünvanı - “Misli”də həmçinin Bundesliqa, Çempionlar Kuboku, Dünya Çempionatı, basketbol, tennis, tazı və at yarışları kimi digər fərqli idman növləri ilə bağlı təxminlərinizi qazanca çevirmək imkanı təqdim edilir.

Qeyd edək ki, oyunlarla bağlı misli.az saytından, eləcə də “Misli” məntəqələrindən ətraflı məlumat əldə etmək olar. “Misli”də virtual idmanla yanaşı, idman mərc oyunları, ani və tirajlı lotoreya oyunları ilə əyləncəli zaman keçirə bilərsiniz.

0