“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
Premyer Liqa təmsilçisi Kristian Avramla anlaşıb. Moldovalı qapıçı 1 il ərzində “ağ-qırmızılar”ın qapısını qoruyacaq.
Moldova millisinin də üzvü olan 29 yaşlı qolkiperin son klubu vətənində “Petrokub” olub. O, buna qədər Rumıniyanın “Buzau”, Moldovanın “Dinamo -Avto”, “Daçiya” komandalarında çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Nuno Miguel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Mohammed Kadiri, İsmail Azzaoui, Elvis Maşike, İqor Ribeiro, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayev, Zamiq Əliyevlə müqavilə imzalayıb.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."