“Monako”nun baş məşqçi postuna üç namizəd
05.06.2023 - 13:13
“Monako”nun baş məşqçi postuna üç namizəd

Baş məşqçi axtarışında olan “Monako”nun danışıqlar apardığı mütəxəssislər bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Knyazlıq klubu” üç çalışdırıcı ilə paralel müzakirələr aparır.

Filip Klemanın istefasından sonra boş qalan postu Cessi Marş, Frank Es və Mattias Yaysle tuta bilər. Sonuncu hazırda “Zalsburq”u çalışdırır. Marş “Leypsiq”də, Es “Lans”da fəaliyyət göstərir.

Qeyd edək ki, “Monako” Liqa1-də son mövsümü 6-cı yerdə başa vurub.

0