"Monako”nun sabiq kapitanı Türkiyə klubuna keçir
07.01.2025 - 13:51
Türkiyənin “Hatayspor” klubu “Monako”nun sabiq kapitanı Vissam Ben Yedderlə gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, Superliqa təmsilçisi hazırda klubsuz qalan 34 yaşlı forvardla danışıqlar aparır.
Maliyyə məsələlərində razılıq əldə olunarsa, Fransa millisinin sabiq üzvü “Hatayspor”a keçəcək. Təcrübəli hücumçu karyerası ərzində “Tuluza”, “Sevilya” və “Monako”da oynayıb.
Ben-Yedder 2018-2022-ci illərdə Fransa millisinin heyətində 19 matça çıxıb və üç qol vurub.
- Rəhim Həsənovdan etiraf: ELÇİN MƏSİYEV YANLIŞ QƏRAR VERİB - VİDEO
- “Mingəçevir” oyuna çıxmaqdan imtina etdi - EKSKLÜZİV
- “Şirvan” və “Qaradağ Lökbatan”dan qələbə
- Azərbaycanın futzal liqalarında yeni mövsüm üçün "transfer pəncərələri"nin tarixləri bəlli olub
- Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb
0
0