Mövsümdə yeni rekord
31.10.2023 - 10:26
Mövsümdə yeni rekord

Misli Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb. 

Apasport.az xəbər verir ki, XI turun 5 oyununu ümumilikdə 13750 izləyici seyr edib. 

Orta göstərici 2750-yə bərabər olub. “Turan Tovuz” – “Kəpəz” oyununu (4:0) 5000, “Neftçi” – “Sabah” görüşünü (0:1) 4600, “Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmasını (2:1) 2000 tamaşaçı izləyib. Yalnız heç-heçə ilə bitən “Zirə” – “Səbail” (2:2) və “Sumqayıt” – “Qəbələ” (0:0) matçlarında bu göstərici daha aşağı olub – müvafiq olaraq 800 və 1350.

Bu, cari mövsüm üçün yeni rekorddur. Buna qədər ən çox tamaşaçı VI turda qeydə alınıb – 10950.

XI turun göstəricisi həm də 2023-cü ilin rekordudur. Ötən mövsümün ikinci yarısında da belə rəqəmə təsadüf olunmayıb.

Qeyd edək ki, ötən mövsümdə yalnız bir dəfə - XIV turda daha çox tamaşaçı qeydə alınıb. Həmin vaxt 5 matçı 15500 izləyici seyr edib.

0