Mövsümün ilk derbisi
04.11.2025 - 13:16
Bu həftə Misli Premyer Liqasında Azərbaycan derbisi baş tutacaq.
Apasport.az xəbər verir ki, indiyədək 18 dəfə “Neftçi”, 14 dəfə “Qarabağ” mövsümün ilk derbisinə ev sahibliyi edib.
Komandaların ilk dövrə oyunlarında “Qarabağ” üstündür – 12 qələbə, 12 heç-heçə, 8 məğlubiyyət, top fərqi 35-25.
Komandaların ilk dövrə oyunu “Qarabağ”ın meydanında keçiriləndə ev sahibləri 8 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə uduzub, top fərqi 22-12 olub.
Komandaların ilk dövrə oyunu “Neftçi”nin meydanında keçiriləndə ev sahibləri 6 qələbə, qazanıb, 8 heç-heçə edib, 4 dəfə uduzub, top fərqi 13-13 olub.
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB
- Türkiyə nəhənglərindən Zəfər Günü paylaşımı - FOTO
0
0