Mövsümün sonunda “Qarabağ”dan ayrılacaqlar
05.02.2024 - 20:02
Mövsümün sonunda “Qarabağ”dan ayrılacaqlar

Mövsümün sonunda “Qarabağ”da bir neçə ayrılıq yaşanacaq.

Apasport.az saytına verilən məlumata görə, Adama Diakabi və Riçard Almeyda ilə yolların ayrılacağı gözlənilir.

Məlumdur ki, fransalı futbolçunun gedişi hələ bu qış baş tutacaqdı, lakin Diakabi özünə klub tapa bilmədi.

Almeydanın isə yeni mövsüm komandaya lazım olmadığı qərarına gəlinib. Ona görə də, millimizin sabiq üzvünün müqavilə müddəti yenilənməyəcək.

Riçarddan savayı, Maksim Medvedevin də mövsümün sonunda aktiv futbolçu karyerasını başa vuracağı gözlənilir.

Onun yeni karyera qurmaq üçün iki variantı var: “Qarabağ”ın futbol akademiyasında çalışmaq və ya Qurban Qurbanovun məşqçilər korpusunda yer almaq.

0