Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində Avropa Paralimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilmiş Siyasət və İnkişaf Forumunda iştirak edib.
Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Foruma 23 ölkənin Milli Paralimpiya Komitələrinin nümayəndələri, eləcə də 40-a yaxın ölkədən beynəlxalq idman federasiyalarının, universitetlərin və vətəndaş cəmiyyəti təşkilatlarının rəsmiləri qatılıblar. Tədbir paraidmanın inkişafı sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma rolunu oynayıb. Forumda Milli Paralimpiya Komitəsini Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım və mətbuat katibi Fərid Qarazadə iştirak ediblər.
Üç gün davam edən forum çərçivəsində Avropada paraidmanın inkişaf perspektivləri, inklüziv siyasətlərin tətbiqi, təhsil proqramlarının rolu, idman təşkilatlarında səmərəli idarəetmə modelləri və beynəlxalq əməkdaşlıq imkanları geniş müzakirə olunub. Sessiyalar zamanı iştirakçılar müxtəlif ölkələrdə həyata keçirilən uğurlu layihələr və qabaqcıl təcrübələr barədə təqdimatlarla çıxış edərək fikir mübadiləsi aparıblar.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO