Munyos: "Qarabağ" qələbəyə layiq idi”
19.07.2023 - 22:11
Munyos: "Qarabağ" qələbəyə layiq idi”

“Oyunun ilk dəqiqələri bizim üçün çətin oldu. Buna hazır idik. Uduzmağımıza baxmayaraq, futbolçularımla qürur duyuruq”.

Apasport.az saytı xəbər verir ki, bunu “Linkoln”un baş məşqçisi Xavi Munyos deyib.

O, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la cavab matçında 0:4  hesablı məğlubiyyəti şərh edib. Munyos “Qarabağ”ın daha güclü olduğunu bildirib: “Biz Avropada mübarizə aparan çox sadə klubuq. "Qarabağ" qələbəyə layiq idi, bizdən çox üstün futbol oyun göstərdi. Sona qədər mübarizə apardıq. Həmişə də belə olacaq".

- Dünən bildirmişdiniz ki, oyun üçün planımız var. Buna nə mane oldu?
- Əslində, hər oyun üçün planımız olur. Bəzən o plan alınır, bəzən alınmır. Bu dəfə "Qarabağ" 7-ci dəqiqədə hesabda irəli çıxdı. Təbii ki, rəqibin heyətində keyfiyyətli oyunçular var. Fərdi və kollektiv baxımından onlar yaxşıdır. Erkən qol vurdular. Planlarımızı həyata keçirməyə imkan vermədilər. Planımız əks-hücumlar idi. Bunları da həyata keçirməyə, "Qarabağ"ın keyfiyyətli oyunçuları və fərdi ustalıqları imkan vermədi.

 - "Qarabağ" növbəti mərhələdə "Rakov"la qarşılaşacaq. Proqnozunuz necədir? "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşmək ehtimalını necə görürsüz?
 
- Artıq rəqibin oyununa yaxşı bələdəm. Buna əsasən deyə bilərəm ki, "Qarabağ" bu mərhələdən mübarizə aparan istənilən komandanı məğlub edə bilər. Polşa çempionu ilə heç də asan olmayacaq. "Qarabağ"ın bu heyəti, baş məşqçisi istənilən rəqiblə mübarizə aparmağa, ÇL-in qrupuna düşməsinə imkan verir.
 

0