Murad Məmmədov: "ÇALIŞACAM Kİ, ETİMADLARI DOĞRULDUM"
11.02.2026 - 17:19
Murad Məmmədov: "ÇALIŞACAM Kİ, ETİMADLARI DOĞRULDUM"

"Çalışıram ki, baş məşqçinin güvənini boşa çıxarmayım".

Bu sözləri Apasport.az saytına açıqlamasında Murad Məmmədov deyib.

"Neftçi"nin gənc futbolçusu "Qəbələ" ilə matçı (1:0) dəyərləndirib: "Hər iki hissədə yaxşı oynadıq. Sadəcə ilk yarıda topla daha çox təmasda olurduq. İkinci hissədə isə əsasən müdafiəyə üstünlük verdik. Çoxsaylı qol epizodlarımız oldu. Əfsuslar olsun ki, bunlardan yararlana bilmədik. Amma yenə də 3 xal qazanmaq üçün 1 qol kifayət etdi".

O, yenidən əsas heyətdə şans qazanması barədə danışıb: "Yuri Vernidub mənə güvənir. Mən də çalışıram ki, onun inamını boşa çıxarmayım. Əlimdən gələnin ən yaxşısını edəcəm ki, etimadları doğruldum".

Qeyd edək ki, "Neftçi" növbəti turda "Kəpəz"lə qarşılaşacaq.

İSRAYIL XEYRULLAYEV