Murad Musayev: "Oyun əlavə vaxta gedəndə hiss edirdim ki..." - MÜSAHİBƏ
03.06.2023 - 23:18
Murad Musayev: "Oyun əlavə vaxta gedəndə hiss edirdim ki..." - MÜSAHİBƏ

"Ardıcıl iki il uğurlu nəticələr əldə etdik".

Apasport.az saytı xəbər verir ki, bunu Azərbaycan kubokun finalında qalib gələn “Qəbələ”nin futbolçusu Murad Musayev deyib.

Əlavə vaxtda “Neftçi”yə məğlub edən komandanın kapitanı arzularına çatdığını bildirib: “İnam həmişə var idi. Şükürlər olsun ki, həm çempionatda, həm də kubokda istəyimizə çatdıq. Finalda "Neftçi" ilə oynamaq bizim üçün gözəl hiss idi. Bu klubun yetirməsiyəm, burada böyümüşəm, futbola burada başlamışam. "Qəbələ" ilə titul arzulayırdım. Kubok mənim üçün çox önəmli idi. Çox xoşbəxtəm”.

- Oyundan əvvəl "Neftçi" titulsuz qalmağın təzyiqi altında idi. Bu, "Qəbələ"nin daha rahat oynamasına kömək etdi?
-
Hər komanda təzyiq altında olur. Çünki ortada bir titul var. Matç başlayandan sonra bütün təzyiqlər itdi və oyun istədiyimiz kimi getdi.

- Son dəqiqələrdə bəzi epizodlardan yararlana bilmədiniz. Həmin anlarda düşünmədin ki, kubok əldən gedə bilər?
-
Xeyr. Oyun əlavə vaxta gedəndə hiss edirdim ki, qalib gələcəyik. Ülvi İsgəndərovun vurduğu top dirəyə dəydi. Ondan sonra şansımız olacağına daha da ümidləndim.

- Penaltilərə hazırlaşmışdız?
- "Qələbə" hər zaman hər şeyə hazırdır.

- Demək olar ki, "Neftçi"yə qol epizodu vermədiniz. Rəqibi necə təhlil etmişdiniz?
-
Baş məşqçimiz bizə lazım olan tapşırıqları verir. Biz də onun istəklərini yerinə yetirməyə çalışırıq. İstəkli və əzmkar mübarizənin sayəsində lazım olan nəticəni əldə etdik.

 

0