“Rusiya futbolu üçün darıxmıram”.
Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.
Rusiyalı mütəxəssis yerli mətbuata açıqlama verib. “Krasnodar”ın sabiq baş məşqçisi keçmiş komandası və Rusiya futbolu barədə danışıb: “İndi bütün fikrim öz işimi yaxşı görməklə bağlıdır ki, bizim komandamız avrokuboklara düşsün. Çox şeyi dəyişib, irəli addım ata bilmişik. Vacib olan bütün bunları sabitləşdirməkdir. İş çoxdur, darıxmağa vaxt yoxdur. “Krasnodar”ı həmişə xatırlayacam. Bu klub mənim bir parçamdır. “Krasnodar” barədə yalnız müsbət xatirələrim var”.
Qeyd edək ki, Musayev Rusiya Futbol İttifaqında UEFA-nın “Pro” məşqçilik kateqoriyası alıb. O, Aleksandr Kerjakov, Sergey İqnaşeviç, Vasili və Aleksey Berezutski qardaşları ilə birlikdə 2020-ci ildən keçdiyi kursları müvəffəqiyyətlə başa vurub.
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT
- Uğurcan Çakırın ardınca Koxalski: ÇL-da "Qarabağ" izləri
- Taleh Nəsibov Avropa Minifutbol Federasiyasının Baş Assambleyasında iştirak edib
- "Araz-Naxçıvan"da futbolçu qalmadı: SANTOS, SİMAKALA YOLA SALINDI
- Cavid İmamverdiyev Region Liqası klubunda