Murad Musayevə sınaq müddəti verildi
24.08.2023 - 12:27
Murad Musayevə sınaq müddəti verildi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Yığıncaqda “Sabah”ın baş məşqçisi Murad Musayevin davranışına da hüquqi qiymət verilib. Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” matçının  bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə alan mütəxəssis cəzalanıb.

O, 1-i şərti olmaqla 2 matçlıq cəza alıb, klubunu 1000 manat ziyana salıb. Sınaq müddəti 3 ay təyin edilib. 

Qeyd edək ki, Musayev ötən mövsümdə də dəfələrlə cəzalanıb.

0