Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib.
Apasport.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan III turun son matçında “Murov” və “Xarı bülbül”lə qarşılaşıb.
Görüş “Murov”un üstünlüyü ilə keçib. İlk hissədə 25:11 hesabı ilə qələbə qazanan Fərid Cəlalovun komandası sonrakı setləri də qalib başa vurub – 25:18, 25:17.
Beləliklə, bu oyundan sonra aktivindəki xalların sayını 9-a çatdıran “Murov” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Neftçi” 3 xalla 2-ci, set fərqində “Neftçi”dən geri qalan “Xarı bülbül” 3 xalla 3-cü, MOİK isə sonuncu pilləni tutur.
Bununla da I dövrədən yalnız bir matç keçirilməmiş qalır. II turdan təxirə salınmış "Xarıbülbül" - "Neftçi" qarşılaşmasının baş tutacağı tarixlə bağlı əlavə məlumat veriləcək.
27 yanvar
Yüksək Liqa (kişilər)
III tur
“Murov” – “Xarı bülbül” 3:0 (25:11, 25:18, 25:17)
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib