Musa debüt etdi, komandası uduzdu
22.07.2023 - 19:07
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveç çempionatında debüt edib.
Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçu “Yurqorden”in heyətində ilk matçına ev oyununda çıxıb.
O, “Elfsborq”la qarşılaşmanın 58-ci dəqiqəsində meydana daxil olub. Çempionatın lideri ilə görüşən Musanın komandası 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, 17 oyunda 30 xal tolayan “Yurqorden” 4-cü pillədə qərarlaşıb.
0
0