Musalı “Yurqorden” bir xalla kifayətləndi
20.08.2023 - 18:57
Musalı “Yurqorden” bir xalla kifayətləndi

Azərbaycanlı futbolçu Musa Qurbanlı İsveç çempionatında növbətini oyununa çıxıb.

Apasport.az saytı xəbər veriri ki, “Yurqorden” “Malmö”nin qonağı olub.

Musa start heyətində olsa da, komandasına kömək edə bilməyib. 90 dəqiqə ərzində tərəflərin səyləri nəticəsiz qalıb və qarşlaşma 0:0 hesabı ilə bitib. Qurbanlı 67-ci dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, 34 xal toplayan “Yurqorden” “Malmö”dən səkkiz xal geri qalır. Komanda əsas rəqibi ilə aradakı xal fərqini azaltmaq şansını qaçırıb.
 

0