"Neftçi"də ayrılıq - RƏSMİ
14.07.2025 - 15:52
"Neftçi"də ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, İsmayıl Zülfüqarlı komandanı tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, 24 yaşlı sol cinah müdafiəçisi ilə müqaviləyə xitam verilib.
Qeyd edək ki, A komandada 2019/2020-ci illər mövsümündə debüt etmiş Zülfüqarlı “ağ-qara” formada 67 rəsmi oyun keçirib, 4 qol vurub. O, "Neftçi"nin heyətində avrokubokarda qol vurmuş ən gənc futbolçu kimi də tarixə düşüb.
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
- “Kəpəz”də transfer ehtiyacı – Azər Məmmədov mövqeləri gücləndirmək istəyir
- “Karvan-Yevlax” məşqçilər korpusunu formalaşdırıb
- "Karvan-Yevlax"ın qapıçısı "Şirvan"da
- "Şamaxı"dan növbəti transfer - RƏSMİ
0
0