“Neftçi” 95-ci dəqiqədə güldü - YENİLƏNİB
28.07.2023 - 01:04
“Neftçi” 95-ci dəqiqədə güldü - YENİLƏNİB

 

“Neftçi” 2023/24 mövsümünə mübarizəyə avrokuboklarda start verib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Konfrans Liqasında ilk oyununu keçirib.

Turnirə II təsnifat mərhələsindən qoşulan “ağ-qaralar” “Jelezniçar”ın qonağı olub. Bosniya və Herseqovinadakı “Qrbavitsa” stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Matç yeni baş məşqçi Adrian Mutunun postundakı ilk rəsmi sınağı kimi tarixə düşüb. Birinci hissədə qapılara üç top vurulub. “Neftçi” fasilədən sonra bütün komanda ilə hücuma atılıb. Rəhman Hacıyev əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə uzaqdan zərbə ilə bərabərlik qolunu vurub.

Qeyd edək ki, cavab oyunu avqustun 3-də baş tutacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
27 iyul
23:00. “Jelezniçar” (Bosniya və Herseqovina) – “Neftçi” (Azərbaycan) - 2:2
Qol:
 Haraçiç, 12. Amoa, 45+10 - Kosoriç - 44 (öz qapısına). R. Hacıyev, 90+5.
Baş hakim: Yuri Frişer (Estoniya)
“Jelezniçar”: 1. Aydın Mulaliç, 24. Marin Qaliç, 19. Amar Drina, 5. Aleksandr Kosoriç, 33. İrfan Yaşareviç, 18. Edin Biber, 8. Nedim Mekiç, 26. Jozef Amoa, 7. Süleyman Krpiç, 9. Dzenan Haraçiç, 17. Andiy Drljo.
Ehtiyat oyunçular: 13. Vedad Muftiç, 28. Ayman Semdin, 23. Omar Beka, 3. Amar Musiç, 30. Drajen Dubaçkiç, 6. Edin Kokaliç, 11. Hamza Qasal, 77. Haris Ovçina, 14. Semir Ştiliç, 4. Ali Pesiç, 21. Ali Turanjanin.
“Neftçi”: 1. İvan Brkiç, 26. Ömər Buludov, 44. Yuri Matias, 4. Mark Tamaş, 7. Azər Əliyev, 23. Ataa Cabir, 8. Emin Mahmudov, 14. Eddi İsrafilov, 5. Kenni Sayef, 10. Filip Ozobiç, 11. Kilan Lebon. 
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17.Rəhman Hacıyev, 77. Yeqor Boqomolski, 99. Ervin Koffi, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli.
Sarayevo. “Qrbavitsa” stadionu

0