“Neftçi” – “Beşiktaş” oyununun biletləri satışa çıxarıldı
08.08.2023 - 12:59
“Neftçi” – “Beşiktaş” oyununun biletləri satışa çıxarıldı

“Neftçi” – “Beşiktaş” oyununun biletləri satışa çıxarılıb.

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək matç “Neftçi Arena”da baş tutacaq. Avqustun 10-da təşkil olunacaq “Neftçi” – “Beşiktaş” oyununun biletlərinin qiyməti 10 (1A, 2A, 4A, 5A, 1B, 2B), 15 (3B), 20 (3A) və 30 (VİP) AZN təşkil edir. Biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar: https://iticket.az/events/sport/neftci-pfk-besiktas-jk?fbclid=IwAR1BoMSO_51sHnK8ESm1GJUbDEhUpcUUxcjE1kYRrqv1cMYTz7u1j6S1WgA

Qeyd edək ki, matç saat 21:00-da başlayacaq. 

0