“Neftçi” cinah müdafiəçisi axtarışında
25.08.2023 - 17:07
“Neftçi” cinah müdafiəçisi axtarışında

“Neftçi”nin baş məşqçisi Adrian Mutu daha bir neçə transferin edilməsini istəyib. 

Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” sol cinah müdafiəçisi transfer etmək niyyətindədir. 

Rumıniyalı mütəxəssis bir neçə sol cinah müdafiəçisini nəzərdən keçirir. Mutunun sərəncamında görmək istəmədiyi futbolçular da var. 

Onlardan biri Ata Caberdir. İsrailli yarımmüdafiəçinin əvəzinə komandaya başqa orta sahə oyunçusunun cəlb olunacağı planlaşdırılır. Bundan sonra  Caberlə yolların ayrılacağı gözlənilir.

Qeyd edək ki, israilli futbolçu Premyer Liqada 31 matçda 5 qol vurub.
 

0