“Neftçi” daha iki transfer həyata keçirməyə hazırlaşır.
Apasport.az saytına verilən məlumata görə, Vensan Abubakarla anlaşan “ağ-qaralar” digər legionerlə də danışıqlar aparır.
Bakı təmsilçisi Fil Dişi Sahilindən olan yarımmüdafiəçi İdrissa Dumbiyanı heyətinə qatmaq niyyətindədir.
Bir müddət əvvəl danışıqlara fasilə verilsə də, tərəflər yenidən masa arxasına oturublar və hazırda proses davam edir.
Qeyd edək ki, Dumbiya son olaraq Qətərin “Əl-Əhli” klubunda çıxış edib. O, karyerası ərzində “Anderlext”, “Zulte-Varegem”, “Axmat”, “Sportinq” və “Hueska” kimi komandaların da formasını geyinib.
- Premyer Liqada klub sayı artırıla bilər - STADİON MƏSƏLƏSİ HƏLL OLSA...
- "AFFA-nın rəhbəri yalnız Rövşən Nəcəf deyil"
- AFFA-nın tərkibində olan federasiyalara ayrılan vəsaitlər açıqlanıb
- “Eyeball” tərəfindən klublar üçün seminar keçirilib
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”