“Neftçi” hələ ki, futbolçusu Eddi İsrafilovla yeni müqavilə üçün razılıq əldə etməyib.
Apasport.az saytına verilən məlumata görə, mövsümün sonunda “ağ-qaralar”la müqaviləsi başa çatacaq yarımmüdafiəçinin hansı qərarı verəcəyi dəqiq deyil.
Türkiyə birinci liqa təmsilçisi “Boluspor”un da transfer siyahısında yer alan milli komandamızın üzvü maliyyə məsələsinə görə həmin komandaya keçməmişdi.
“Neftçi”nin isə müqavilə müddətini artırmaq istədiyi İsrafilovun xidmətində İspaniya komandaları da maraqlıdır.
Yaxın günlərdə İsrafilovun yeni mövsümlə bağlı qərarının konkretləşəcəyi bildirilir.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi “Mursiya”, “Qranada”, “Eybar”, “Kordova”, “Kadis”, “Ximnastik”, “Alkorkon”, “Albasete”də oynadıqdan sonra 2022-ci ildə “Neftçi”yə keçmişdi.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ