“Neftçi” Futbol Akademiyası seleksiya məşqlərinə başlayır
16.04.2023 - 16:03
“Neftçi” Futbol Akademiyası seleksiya məşqlərinə başlayır

“Neftçi” Futbol Akademiyası 2015, 2016, 2017, 2018-ci il təvəllüdlü uşaqlar arasında seçimlərə start verir. 

Klubdan apasport.az saytına verilən məlumata görə, seçimlər 2, 3, 4 may tarixlərində Bakıxanov qəsəbəsindəki “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək və saat 10:00-da başlayacaq.

Seçimlərdə iştirak edəcək uşaqların doğum haqda şəhadətnaməsi tələb olunacaq. Əlavə məlumat üçün +994 50 218 49 88 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

0