
"Neftçi" Azərbaycan Premyer Liqasının XXVII turunda "Kəpəz"lə oyunda son qolunun ofsayd səbəbindən sayılmamasına etiraz edib.
Apasport.az xəbər verir ki, "ağ-qaralar" narazılığını sosial şəbəkə hesabında ifadə edib. Klubun feysbuk səhifəsində Yeqor Boqomolskinin son dəqiqələrdə vurduğu və oyundankənar vəziyyət səbəbilə ləğv edilən qolu paylaşılıb.
Sözügedən posta "Əyri xətkeşlə yarıda kəsilən qol sevincimiz" başlığı qoyulub. Klub bununla VAR sistemindən verilən görüntüdə ofsaydla bağlı xəttin əyri çəkilməsinə işarə edilib.
Xatırladaq ki, "Neftçi" – "Kəpəz" matçı 2:2 hesabı ilə başa çatıb.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”