“Neftçi” irəlilədi, “Qarabağ” mövqeyini qorudu
29.07.2023 - 13:56
“Neftçi” irəlilədi, “Qarabağ” mövqeyini qorudu

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda “Köhnə qitə”nin 415 ən güclü klubu yer alıb.

Azərbaycanın sıralamadakı komandalarının sayı artıb. Artıq ölkəmizin 4 klubu cədvələ düşüb.

“Qarabağ” “Top-100”də qərarlaşıb. Azərbaycan çempionu 192 xalla qitənin 74-cüsüdür. Qurban Qurbanovun yetirmələri ötən siyahıdakı mövqeyini qoruyub.

27 xala malik “Neftçi” 1 pillə irəliləyib. Bakılılar Avropada 227-cidir. 

“Sabah” 20 xalla 257-ci sırada qərarlaşıb. “Qəbələ” 5 xalla 358-cidir. Bakılılar 2, bölgə təmsilçisi 1 addəm geriləyib.

Qeyd edək ki, siyahıya 2147 xala malik “Real” başçılıq edir.
 

0