"Neftçi" Misir klubu ilə heç-heçə edib - YENİLƏNİB
13.01.2026 - 19:55
"Neftçi" Misir klubu ilə heç-heçə edib - YENİLƏNİB

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, Bakı təmsilçisi Misirin “Piramids” klubu ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 18:00-da start götürən görüş “Məhəmməd bin Zayed” stadionunda baş tutub.

Gərgin keçən oyunun ilk hissəsi Misir təmsilçisinin minimalhesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra hücumlarını gücləndirən “ağ-qaralar” 87-ci dəqiqədə Murad Məmmədovun vurduğu qolla hesabı bərabərləşdiriblər.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, ilk yoxlama matçında Qazaxıstanın “Kayrat” klubunu 3:0 hesabı ilə məğlub edən “Neftçi” yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin “Çenqdu Ronqçenq” komandası ilə üz-üzə gələcək.