“Neftçi” növbəti mərhələdə - YENİLƏNİB
03.08.2023 - 23:04
“Neftçi” növbəti mərhələdə - YENİLƏNİB

“Neftçi” bu gün növbəti avrokubok oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında qələbə qazanıb.

Bosniya və Herseqovinada məğlubiyyətdən son dəqiqələrdə qaçan “ağ-qaralar” öz meydanında azarkeşlərini sevindiriblər. “Bakcell Arena”dakı görüş baş məşqçi Adrian Mutunun doğma divarlar arasında ilk sınağı olub.

Hər hissədə bir qol vuran “Neftçi” növbəti mərhələyə adlayıb. Komandanın qollarını Sayef və Matias vurublar.
 
Qeyd edək ki, bu cütün qalibi “Beşiktaş” və “Tirana” arasında duelin güclüsü ilə qarşılaşacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
3 avqust
21:00. “Neftçi” (Azərbaycan) – "Jelezniçar" (Bosniya və Herseqovina) - 2:0
Qollar:
Sayef, 19. Matias, 68
Baş hakim: Balazs Berke (Macarıstan)
“Neftçi”: 1. İvan Brkiç, 26. Ömər Buludov, 44. Yuri Matias, 4. Mark Tamaş, 7. Azər Əliyev, 23. Ataa Cabir, 8. Emin Mahmudov, 14. Eddi İsrafilov, 5. Kenni Sayef, 10. Filip Ozobiç, 11. Kilan Lebon. 
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17.Rəhman Hacıyev, 77. Yeqor Boqomolski, 99. Ervin Koffi, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 39. Elton Əlibəyli.
“Jelezniçar”: 13. Vedad Muftiç, 24. Marin Qaliç, 6. Edin Kokaliç, 5. Aleksandr Kosoriç, 33. İrfan Yaşareviç, 18. Edin Biber, 44. Edin Rüstəmoviç, 77. Haris Ovçina, 8. Nedim Mekiç, 7. Süleyman Krpiç, 9. Dzenan Haraçiç.
Ehtiyat oyunçular: 1. Aydın Mulaliç, 23. Omar Beka, 3. Amar Musiç, 30. Drajen Dubaçkiç, 17. Andiy Drljo, 11. Hamza Qasal, 26. Jozef Amoa, 14. Semir Ştiliç, 4. Ali Pesiç, 21. Ali Turanjanin.
“Bakcell Arena”
İlk oyun – 2:2

0