Misli Premyer Liqasının 29-cu turunun “Neftçi” – “Qarabağ” matçına 6000 ədəd bilet satılıb.
Apasport.az xəbər verir ki, satışı davam edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar. Stadionuun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
Bundan əlavə, matçdan əvvəl azarkeşlər üçün 3 nöqtədə əyləncəli fan zona təşkil olunacaq.
Bütün biletlərin satılmaq ehtimalının yüksək olduğunu nəzərə alaraq, giriş-çıxışı daha rahat təşkil etmək, tıxac və növbə problemi ilə üzləşməmək üçün “Palms Sports Arena”ya oyunun başlanma vaxtından 2 saat öncə gəlmək tövsiyə olunur.
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı sabah keçiriləcək və saat 19:00-da start götürəcək.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək