“Neftçi” “Qarabağ”ı məğlub etdi - ÇEMPİON OLDU
27.05.2025 - 22:23
“Neftçi” “Qarabağ”ı məğlub etdi - ÇEMPİON OLDU

AFFA U-16 Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.

Apasport.az xəbər verir ki, Bayıl stadionunda üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.

Bürünc mükafat uğrunda matçda “Sumqayıt” üzərində 4:1 hesablı qələbə qazanan “Zirə” komandası yarışı üçüncü sırada tamamlayıb.

Ardından final qarşılaşmasında “Qarabağ” və “Neftçi“ komandaları üz-üzə gəliblər. Matçın əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşdığından, qalibi penaltilər seriyası müəyyənləşdirib. Penalti zərbələrində daha dəqiq oynayan “Neftçi” (4:2) çempion olub. “Qarabağ” isə gümüş medallar əldə edib.

Oyunlardan sonra “Zirə” bürünc, “Qarabağ” gümüş medalla, “Neftçi” isə qızıl medal və kubokla təltif olunub. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Mövsüm ərzində 39 qol vuran “Qarabağ”ın oyunçusu Riad Qaradağlı ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Neftçi”nin qapıçısı Nurəziz Əzizov isə mövsümün ən yaxşı oyunçusu seçilib.
Mükafatları AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev və AFFA-nın Yarışların təşkili departamentinin rəisi Emin Cəfərov təqdim ediblər.