“Neftçi” rəhbərliyi fanatlarla görüşdü
04.08.2023 - 22:31
“Neftçi” rəhbərliyi fanatlarla görüşdü

“Neftçi”nin rəhbərliyi azarkeş qrupları ilə görüşüb.

Apasport.az-ın məlumatıan görə, görüş klubun inzibati binasında təşkil olunub.

Flaqmanın azarkeş qrupları baş tutan tədbirdə komanda ilə bağlı fikir mübadiləsi aparılıb. Klub rəhbərliyi fanatların təklif və problemlərini dinləyib. Səmimi keçən görüşdə azarkeşlərin gələcək oyunlarda doğma komandalarına daha rahat şəkildə dəstək verməsi və bir çox digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, “Neftçi”nin icraçı direktoru Fərrux Mahmudov “Jelezniçar”la cavab oyundan sonra azarkeş qrupları ilə görüşlər keçiriləcəyini bildirmişdi.
 

0