“Neftçi” Rusiyadan yarımmüdafiəçi gətirir
22.05.2023 - 14:11
“Neftçi” Rusiyadan yarımmüdafiəçi gətirir

“Neftçi”nin transfer siyahısında yer alan daha bir futbolçunun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Rusiyanın “Kuban” klubunun üzvü Sadıq Bağıyevin xidmətində maraqlıdır.

“Ağ-qaralar” Rusiyada oynayan azərbaycanlını yayda heyətinə qatmağı planlaşdırır. Paytaxt təmsilçisi 19 yaşlı dayaq yarımmüdafiəçisi ilə danışıqlara da start verib.

Vaxtilə ölkəmizin U-19 yığmasında oynamış Sadıqın yeni mövsümə “Neftçi”də başlayacağı gözlənilir. U-21 yığmamızın baş məşqçisi Samir Əliyev də onu komandaya cəlb etməyi planlaşdırır. 

Qeyd edək ki, Bağıyev Gənclər Liqasının cari mövsümündə 21 oyun keçirib. Onun hesabında 2 qol və 4 assist var.

0