“Neftçi” “Turan Tovuz”la matçın hazırlığını başa vurub - FOTO
27.11.2025 - 19:23
“Neftçi” “Turan Tovuz”la matçın hazırlığını başa vurub - FOTO

“Neftçi” Misli Premyer Liqasının XIII turunda qarşılaşacağı “Turan Tovuz” klubu ilə matçın hazırlığını başa vurub.

Apasport.az xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

“Ağ-qaralar” hazırlıq prosesindən sonra Tovuza yola düşüb.

Qeyd edək ki, "Turan Tovuz" - "Neftçi" qarşılaşması sabah saat 18:30-da start götürəcək.