“Neftçi TV” 3 yaşında!
20.07.2023 - 13:03
“Neftçi TV” 3 yaşında!

Bu gün “Neftçi TV” 3 yaşını qeyd edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan futbol tarixinə ilk klub televiziyası kimi düşən yutub kanalının yayıma başladığı gündən 3 il keçir. 

“Neftçi TV” arxada qalan üç ildə “ağ-qaralar”ın yoxlama oyunlarını, məşqlərini canlı yayımlamassı, eksklüziv açıqlamaları ilə azarkeşlərin sevimli kanalına çevrilib. Peşəkar heyət və tanınmış ekspertlər daim izləyiciləri operativ məlumatlarla, həmçinin mütəxəssis fikirləri ilə tanış edir. 

“Apasport” bu münasibətlə “Neftçi TV”nin kollektivini təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!

0