"Neftçi" uduzdu, "Səbail" son pillədən qaçdı - YENİLƏNİB
07.05.2023 - 20:56
"Neftçi" uduzdu, "Səbail" son pillədən qaçdı - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, üçüncü oyun günündə 2 matç baş tutub.

“Turan Tovuz” öz meydanında “Neftçi” ilə qarşılaşıb. Ev sahibləri inamlı oyunla asanlıqla qələbə qazanıblar - 4:0. Tovuz klubunu heyətində Runi Eva "het-trik"lə yadda qalıb. Bu qələbə ilə “Turan Tovuz” kubokun yarımfinalındakı məğlubiyyətin revanşını alıb.

Çempionatın autsayderi “Səbail” Sumqayıtda eyniadlı komanda ilə görüşüb. I diviziona yuvarlanmaq təhlükəsi ilə üzləşən paytaxt təmsilçisi vacib xallar qazanıb. Birinci hissəni məğlub başa vuran qonaqlar fasilədən sonra vəziyyəti dəyişə biliblər. Matiya Lyuyiç 3 dəqiqəyə iki qol vuraraq "Səbail"i önə keçirib. Görüşdə son nöqtəni isə Franko Mazurek qoyub və "Səbail" son pilləni "Şamaxı"ya təhvil verib.

Qeyd edək ki, tura sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşması ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXXIII tur
7 may (bazar)
15:00. “Turan Tovuz” – “Neftçi” - 4:0
Qollar:
Runi Eva, 16, 44, 61. Roderik Miller, 21. 
Baş hakim: Kamal Umudlu
“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 19. Runi Eva, 
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 44. Elçin Qasımov, 24. Divine Naah, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

“Neftçi”: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 41. Samir Həsənov, 92. Ömər Qurbanov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze.
Baş məşqçi: Laurentsiu Regekampf
Tovuz şəhər stadionu

19:00. “Sumqayıt” – “Səbail” - 1:3
Qollar: 
Todor Todoroski, 36 - Matiya Lyuyiç, 70,73. Franko Mazurek, 89
Baş hakim: İnqilab Məmmədov
“Sumqayıt”:13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 9. Karim Abubakar, 23. Kamran Aliev, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 7. Terrens Tisdel
Baş məşqçi: Samir Abasov
“Səbail”: Emil Balayev, 10. Ağabala Ramazanov (k), 9. Mirabdulla Abbasov, 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 27. Emil Martinov, 88. Matiya Lyuyiç, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa
Baş məşqçi: Şahin Diniyev
“Kapital Bank Arena”

1

Qarabağ

32

25

6

1

81-22

81

2

Sabah

33

24

5

4

71-23

77

3

Neftçi

33

18

7

8

58-36

61

4

Qəbələ

32

13

9

10

45-41

48

5

Zirə

33

12

9

12

41-45

45

6

Turan Tovuz

33

9

8

16

31-43

35

7

Kəpəz

33

6

11

16

31-57

29

8

Sumqayıt

33

7

7

19

24-62

28

9

Səbail

33

6

7

20

29-55

25

10

Şamaxı

33

4

11

18

25-50

23

Bombardirlər: Musa Qurbanlı ("Qarabağ") - 20 qol, Ramil Şeydayev ("Qarabağ") - 19 qol, Coy Lens Mikels ("Sabah") - 17 qol, Emin Mahmudov ("Neftçi") - 16 qol, Aleksey Kaşuk ("Sabah") - 16 qol

0