“Neftçi” üstünlüyünü qoruya bilmədi - YENİLƏNİB
10.01.2023 - 19:51
“Neftçi” üstünlüyünü qoruya bilmədi - YENİLƏNİB

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” bu gün yoxlama oyunu keçirib.

Apasport.az saytının məlumatına görə, Laurentsiu Regekampfın yetirmələri 2023-cü ildə ilk sınağına çıxıb.

Azərbaycan vitse-çempionu Macarıstan “Vaşaş”ı ilə qarşılaşıb. “Gloria Golf Club”un meydanında baş tutan görüşdə hesabı "ağ-qaralar" açıblar. Kenni Sayef komandasının fasiləyə öndə yollanmasını təmin edib. Lakin "Neftçi" 67-ci dəqiqədə üstünlüyü əldən verib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 

Qeyd edək ki, yanvarın 4-də Türkiyəyə yollanan “Neftçi” ayın 20-dək davam edəcək təlim-məşq toplanışında daha üç yoxlama matçına çıxacaq. Bakı klubu Bakı klubu yanvarın 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

Yoxlama oyunu
10 yanvar
18:00. “Neftçi” – “Vaşaş” (Macarıstan) - 1:1

Kenni Sayef, 24
“Gloria Golf Club”

1