!["Neftçi"də ciddi dəyişiklik - O, KOMANDANI TƏRK EDİR](https://apasport.az/storage/news/2025/february/14/big/67af26b591b8b67af26b591b8c173953195767af26b591b8067af26b591b8a.jpeg)
"Neftçi"də daha bir ayrılıq baş verəcək.
Apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev komandanı tərk edəcək.
O, Bakı klubunda xoşbəxt deyil. 28 yaşlı forvard “Neftçi”də özünü yaxşı tərəfdən göstərə bilmir.
Ramil Şeydayev "Neftçi"ni tərk edir?
Şeydayev Misli Premyer Liqasında legioner limiti ilə bağlı verilən qərardan sonra ölkədə qalmaq niyyətində deyil.
Millimizin üzvü daha sərfəli təklif göndərəcək kluba keçmək istəyir.
Ramil Şeydayev Türkiyə yolunda
Onun Türkiyəyə yollanması da variantlar arasındadır. Ramillə Super Liqa klublarından bir neçəsi yaxından maraqlanır. Adları açıqlanmayan Türkiyə təmsilçiləri Şeydayevi sıralarına qatmaq niyyətindədirlər.
Ramil Şeydayev "Dinamo"ya qayıdır?
Ramilin Moskva “Dinamo”suna geridönüşü qışda gündəmə gəlsə də, Rusiya klubu onu razı salan məbləğ təklif etməyib. Bu səbəbdən də danışıqlar prosesi təxirə düşüb.
Ramil Şeydayev hansı klublarda çıxış edib?
O, karyerası ərzində “Zenit”, “Rubin”, “Trabzonspor”, “Jilina”, “Qarabağ”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), “Sabah” və “Buriram Yunayted” komandalarında çıxış edib.
Şeydayev 2024-cü il iyulun 16-da “Kocaelispor”dan “Neftçi”yə keçib. Onun “ağ-qaralar”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.