“Neftçi” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə. bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Paytaxt təmsilçisi paraqvaylı futbolçu Dieqo Qabriel Valdes Samudionu transfer edib. 29 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”la 1+1 il şərti ilə müqavilə bağlayıb. Valdes yeni komandasında 6 nömrəli formanı geyinəcək.
Dieqonun son klubu ölkəsində “Qvayrenya” olub. Orta sahə oyunçusu 2019-cu ildə Peru ilə yoldaşlıq görüşündə Paraqvay millisinin heyətində meydana çıxıb.
Qeyd edək ki, "Neftçi" bundan əvvəl Emil Balayev, Filip Ozobiç, Yuri Matias, Mark Tamaşa, Qara Qarayev, Ervin Koffi, Andre Sinyaşiki, Aaron Samuel Olanareni transfer edib.
- Millinin baş məşqçisi: "Qazanılan qələbə gələcək üçün inam verdi"
- “Qarabağ”a qol vurmağın mükafatı bəlli oldu - ÖZƏL
- "Araz-Naxçıvan"ın futbolçusu Misli Premyer Liqasında 20-ci qolunu vurub
- Qurban Qurbanov: "Qarşıdakı rəqibə həmişə dəyər vermək lazımdır"
- "Araz-Naxçıvan" əcnəbi məşqçiyə güvənən 21-ci komanda olub